AZ

ADY rəsmisi:"Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib"

"Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir".

Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, ADY Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60%-ni tamamlayıb:

"Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir".

Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb:

"Hazırda Ağdam avtovağzalı və dəmiryol vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".

Seçilən
26
13
avtosfer.az

10Mənbələr