AZ

Əsəd rejiminin Suriyadakı vəhşəti Sednaya həbsxanasının atasız uşaqları...

Şamın 30 kilometr şimalında, 1,4 kvadratkilometr ərazidə yerləşən, həftədə iki gün edamların həyata keçirildiyi və adı belə qorxu yaradan Sednaya həbsxanası...

Atadan oğula keçən bu miras Əsəd rejiminin Suriyadakı vəhşətinin ən böyük göstəricisidir. Suriyalı müxaliflər, Rusiyaya qaçan Bəşar Əsəddən həbsxananın gizli yerlərini paylaşmasını gözləyirlər. Əldə edilən məlumatlara görə, müxaliflər Rusiyadan Əsədə bu məsələdə təzyiq göstərməsini istəyiblər.

İstanbul Gelişim Universiteti müəllimi Professor Fatih Fuat Tuncer bu məsələni dəyərləndirib: "Əsəd üçün artıq yolun sonu gəlib. Bütün proses bitdi. Bugün onun Rusiyada yaşaması heç nəyi dəyişdirməyəcək. Əsəd bir dəfəlik cəmiyyətin vicdanında, dünya vicdanında cinayətkar bir insan olaraq qeydə alınacaq. Bunu da vurğulamaq istəyirəm; Ən dəhşətlisi həbsxanadan çıxan uşaqlardır. Qadın həbsxanalarından  onlarla  birlikdə çıxan uşaqlar... Qadınlar bu uşaqlar haqqında danışanda deyirlər ki, atalarının kim olduqlarını bilmirik. Yəni orada yalnızca işgəncə yox, həm də mütəmadi bir təcavüz də var. Bu nöqtədə bütün dünyadakı qadın təşkilatları və insan hüquqları QHT-ləri mütləq hərəkətə keçəcəklər. Bu görüntülər Əsədi müdafiə edən insanların mütləq izləməli olduğu görüntülərdir. Çünki onlar bunu yalan hesab edirdilər, Əsədə atılmış böhtan hesab edirdilər. Amma bu görüntülər gerçəkdir. Hələ də o həbsxanadan 2-3 yaşında uşaqlar çıxır. Bu uşaqlar təcavüz nəticəsində doğulmuş uşaqlardır. Bir həqiqət var; bir diktatorun yaratdığı idarəetmə və bir diktatorun öz xalqına layiq gördüyü həyat da budur"./sitatnews/


 


Seçilən
12
1
news24.az

2Mənbələr