AZ

Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb

Bakı,TurkicWorld

Azərbaycan Respublikasının Milli Məclisinin (parlament) deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Parlamentlərarası İttifaqın (Interparliamentary Union) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova İspaniyanın paytaxtı Madriddə beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnalının təqdimat mərasimində iştirakı çərçivəsində İspaniya parlamentariləri ilə görüşüb.

TurkicWorld xəbər verir ki, o, ATƏT-in Parlament Assambleyasındakı İspaniya nümayəndə heyətinin üzvləri – senator Pere Joan Pons Sampietro, deputatlar Rikardo Tarno Blanko və Artemi Rallo Lombarte, eləcə də vəkil İqnasiyo Qutyerres Kassilyasla görüşüb.

Bundan başqa, deputat Ramon Llull Universitetinin beynəlxalq münasibətlər üzrə professoru, doktor Jordi Şukla və İspaniya Deputatlar Konqresinin üzvü Aqustin Konde Baeno ilə məhsuldar görüşlər keçirib.

S. Mikayılova həmçinin, Azərbaycan və İspaniya arasında parlamentlərarası əlaqələrin aktual məsələlərini “VOX” siyasi qrupunun üzvü, Deputatlar Konqresinin beynəlxalq əlaqələr komitəsinin üzvü Karlos Flores Juberiya ilə müzakirə edib.

Görüşlər zamanı, xüsusilə, bu ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu təşkilatı vurğulanıb.

Bildirilib ki, Azərbaycanın sədrliyi ilə keçirilən bu konfransda qəbul edilən mühüm qərarlar iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal hədəflərin reallaşmasına əhəmiyyətli töhfə verəcək.

Seçilən
17
3
turkic.world

4Mənbələr