AZ

2024-cü il onlar üçün fəlakətli oldu, 2025-ci il isə... - FOTOLAR

2024-cü ildə Yaxın Şərqin bir çox ölkəsində münaqişə yaşanıb.

Modern.az il ərzində bölgədə yaşanan hadisələrin qısa xronologiyasını hazırlayıb.

Bölgədə uzun müddətdir davam edən gərginlik 2023-cü ilin oktyabrında Qəzzada başlayan müharibə ilə daha da kəskinləşib.

HƏMAS yaraqlı qruplaşmasının rəhbərlik etdiyi silahlı şəxslərin İsrailə hücum edərək 1200-ə yaxın adamı ölürməsi və 250-dən çox insanı girov götürməsi vəziyyətin şiddətlənməsinə gətirib çıxardı. İsrail cavab olaraq Qəzzaya havada və qurudan ağır zərbələr endirib.

HƏMAS-ın idarə etdiyi anklavın səhiyyə orqanlarının 2024-cü ilin dekabr ayının əvvəlində verdiyi məlumata görə, İsrail qüvvələrinin zərbələri nəticəsində Qəzzada 44,000-dən çox fələstinli həlak olub.

Qəzzanın böyük hissəsi münaqişə nəticəsində xarabalığa çevrilib, binalarının üçdə ikisi zədələnib və ya dağılıb. Zolağın 2,3 milyon əhalisinin əksəriyyəti evsiz qalıb, onlar qaçqın düşərgələrində sığınacaq tapıb. 

Oktyabr ayında İsrail Livanın cənubuna və paytaxt Beyrutun bəzi hissələrinə intensiv zərbələr endirib və Hizbullaha qarşı hücumları artırıb. Livan hökuməti 2600-dən çox insanın öldürüldüyünü və sərhədə yaxın kəndlərin boşaldığını bildirib. Hizbullah və HƏMAS-ın bir çox lideri və komandiri İsrail tərəfindən öldürülüb.

İran və İsrail arasında birbaşa toqquşmalar da yaşanıb və qarşılıqlı hücumlar həyata keçiriblər. Yəməndəki husilər də Qərb ölkələrinin hücumlarına məruz qalıb.

İlin sonunda Yaxın Şərqdə baş verən ən vacib hadisə isə Suriyada Əsəd rejiminin devrilməsi oldu. Müxalif silahlı qüvvələr 2 həftədən az müddətdə paytaxt Dəməşqə çatması Əsədin ölkədən qaçması ilə nəticələndi və ölkədə yeni hakimiyyət quruldu.

2025-ci il suriyalılar, livanlılar, fələstinlilər, israillilər, yəmənlilər, iranlılar və müharibənin getdiyi bölgədə yaşayan digər xalqlar üçün qeyri-müəyyənliklərlə dolu olacaq...

14029461402947

1402948

1402949

1402950

Seçilən
23
44
modern.az

10Mənbələr