AZ

“Həmişə vicdanla və ürəklə oynadığımı sübut edəcəm” – Kantariya ittihamı yaxın buraxmadı

Georgi Kantariya ilə Adil Nağıyevin “Şamaxı”dan ayrılması ətrafında müzakirələr davam edir. Hamı bu iki futbolçu barədə klubun açıqlamasını və AFFA-nın araşdırmasının sonunu gözləyir.

Maraqlı məqamlardan biri də klubun açıqlamasında yer alan fikirlərlə Kantariya və Nağıyevin fikirlərinin üst-üstə düşməməsidi. Gürcü and içir ki, danışılmış oyunda iştirak etməyib, ayrılığın səbəbi komandada nizam-intizamın olmamasıdı. Sabiq kapitan da deyir ki, guya Kantariya ilə dalaşıblar deyə, klub müqavilələrinə xitam verib. Əvəzedici heyətə göndərilmək, növbəti oyunda ehtiyatda qalmaq kimi variantlar ola-ola, dərhal futbolçuları göndərmək nə deməkdi?!

Hər halda, Kantariya ilə bir daha əlaqə saxlamağı lazım bildik. Gürcü futbolçunun “Football-plus.az”a açıqlaması:

“Mediada haqqımda nə yazırlarsa, hamısı yalandı. Mən heç vaxt belə işlərdə iştirak etməmişəm. Hər şey aydınlaşacaq, həmişə vicdanla və ürəklə oynadığımı sübut edəcəm. Qalanı zamana bağlı məsələdi. Heç kimə sübut edəcək heç nəyim olmadığını deməklə bu mövzunu bitirirəm. Öz vicdanım qarşısında təmizəm”.

RÖYANƏ OĞUZ
Seçilən
14
football-plus.az

1Mənbələr