AZ

Naxçıvanda Dövlət Vergi Xidmətinə 2 minə yaxın müraciət daxil olub

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 1.715 müraciət daxil olub ki, onların 88,4 faizini ərizələr, 11,4 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Müraciətlərin 96,7 faizinin baxılması 2024-cü ilin 11 ayı ərzində başa çatdırılıb, 3,3 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,3 faizi həll olunub, 3,1 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Yanvar-noyabr ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 128 vətəndaşın qəbulu təşkil olunub.

Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

phrase_var_article.chosen
36
7
kommersant.az

10phrase_var_article.sources