Niderlandda yaşayan və fəaliyyət göstərən azərbaycanlı gülçü Yusif Xəlilov dünyanın ən bahalı buketini yaradıb.
Kult.az Axşam.az-a istinadən xəbər verir ki, buketin dəyəri 1 milyon avro (1 milyon 786 min 400 manat) təşkil edir.
O, istixanalarda yetişdirilən eksklüziv çiçəklərdən hazırladığı buketi brilyant qaşlar və ağ qızılla tamamlayıb.