AZ

Hicabsız konsert verdi, cinayət işi açıldı - Video

İranda Pərəstu Əhmədi adlı gənc müğənninin karvansaraların birində hicabsız konsert verməsini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan 24 saat keçməmiş xanıma və konsertin təşkilatçılarına cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinə bağlı “Mizan” xəbər agentliyi məlumat yayıb.

Agentlik konserti qanunsuz adlandırıb və bildirib ki, ölkənin mədəniyyət qanunları pozulub.

Bəzi istifadəçilər müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edib və “bu dövrdə səhnəyə çıxmaq üçün cəsarət tapdığını” yazıblar.

Seçilən
43
4
axar.az

10Mənbələr