7NEWS.az xəbər verir ki, ölkənin ən məşhur həbsxanası olan Sednayadakı məhbuslar rejim əleyhdarı qüvvələr tərəfindən azad edildikdən sonra suriyalı ailələrin amansız axtarışları başlayıb. Minlərlə ailə Sednaya divarları arasında öz yaxınlarının izini axtararkən, rejimin işgəncə mərkəzində saxlanılan məhbus qeydləri üzə çıxdı. Bu qeydlərdə məhbusların adları və ölüm səbəbləri var idi. Ölənlərin cəsədlərini sənədləşdirmək vəzifəsi daşıyan hərbi fotoqraf, sonradan müharibə cinayətləri ilə bağlı mühakimələrdə sübut kimi istifadə edilən yüz minlərlə fotoşəkillə həbsxanadan azad edildi. Həbsxanadan çıxdıqdan sonra Dəməşq xəstəxanasına aparılan minlərlə cəsəd yaxınları tərəfindən tanınmasını gözləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta