Bu gün növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
“Qafqazinfo” xəbər verir ki, ilk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülüb.
Ballıcaya ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdi.