AZ

Kommunal borc mübahisələri ilə bağlı qərar verildi

Müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığı ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlif dövrlərdə aktlar tərtib edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məhkəmənin məlumatında qeyd edilib.
Bildirilib ki, aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.
Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilir ki, vətəndaş guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırıb. İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd edib ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.
Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğunu əsas göstərərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
Ali Məhkəmənin Mülki kollegiyası isə kassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.
Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir.
phrase_var_article.chosen
37
49
yenilik.az

10phrase_var_article.sources