AZ

Suriyada əməliyyat – Tişrin bəndi azad edildi

Suriya Milli Ordusunun  “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tişrin bəndi PKK/YPG terrorçularından azad edilib.

KONKRET.az TRT Haberə istinadən xəbər verir ki, Mənbic mahalının cənubunda yerləşən və Fərat çayı üzərindəki mühüm hidravlik sistemlərdən biri olan Tişrin bəndi indiyə qədər azad edilmiş ən böyük və ən əhəmiyyətli sahədir. Qeyd edək ki, Suriyanın elektrik ehtiyacının təxminən 70 faizi Tişrin, Tabqa və Baas bəndləri tərəfindən ödənilir. Sözügedən bənd əyalətin su və elektrik təchizatının böyük hissəsini, xüsusən də şərq hissəsini təmin edir. Fərat çayının qərb sahilində yerləşən Tişrin bəndi 27 dekabr 2015-ci ildə ABŞ-nin dəstəyi ilə PKK/YPG tərəfindən ələ keçirilib. Bənd Fəratın qərbində terror təşkilatının işğal etdiyi ilk nöqtə idi. ABŞ 2016-cı ilin yanvarında bənddə baza yaradıb.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr