AZ

Rəsm müsabiqəsinin qalibləri müəyyənləşib - MASALLIDA

Rəsm müsabiqəsinin qalibləri müəyyənləşib - MASALLIDA

 

Masallıda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub.
Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Vətənimdir Azərbaycan” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində ziyalılar, mədəniyyət işçiləri, şagird və valideynlər iştirak ediblər. 
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanının suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
11-18 yaşlılar arasında keçirilən müsabiqənin məqsədi barədə məlumat verən Qalereyanın direktor əvəzi Təhmasib Məcidov qeyd edib ki, Heydər Əliyevin milli vətənpərvərlik elmi konsepsiyası yeniyetmə və gənclərimizin milli-mənəvi tərbiyəsində əvəzsizdir: “Məhz bu konteksdə yeni nəslə aşılanan Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü kimi hisslər bu gün məktəblilərin müsabiqəyə təqdim etdikləri rəsm əsərlərində də öz əksini tapıb...”
Masallı Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ruslan İbrahimov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Salman Yunusov, Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Onbirillik İncəsənət Məktəbinin müəllimi Ehtiram Məmmədov müsabiqə iştirakçılarını təbrik edərək uşaqların mənəvi-estetik zövqünün formalaşması, dünya görüşlərinin artmasında və istedadlı şagirdlərin aşkarlanmasında bu cür tədbirlərin vacibliyini vurğulayıblar.
Müsabiqə qaliblərinə müxtəlif dərəcəli Diplomlar, fərqlənənlərə isə Təşəkkürnamələr təqdim edilib. 

 

Akif AĞAYEV

Seçilən
55
qht.az

1Mənbələr