AZ

Ukraynada ölkəni tərk edən sakinlərin sayı açıqlanıb

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa 7,5 milyona yaxın ukraynalının xaricdə qaldığını bildirib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sibiqa bu barədə Ukraynanın “Sol sahil” nəşrinin dəyirmi masasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ukraynanın Birlik Nazirliyi bu insanları geri qaytarmaq, eləcə də onları ölkə iqtisadiyyatına inteqrasiya etmək niyyətindədir.

...Bizim məlumatlara görə, bu gün söhbət xaricdə olan 7,5 milyon ukraynalıdan gedir. Atılan addımlardan biri də insanların öz ölkələri ilə əlaqəni kəsməməsi üçün ikili vətəndaşlıq haqqında qanunun qəbulu olacaq.

Bundan əvvəl Sibiqa Qərb ölkələrindən daha 20 hava hücumundan müdafiə sistemi istəyib.

Əli Babayev

Seçilən
43
sia.az

1Mənbələr