AZ

Aİ liderləri Ukraynaya əlavə yardımı müzakirə edəcək

Almaniya, Polşa, Fransa və Avropanın digər ölkələrinin liderləri dekabrın 18-də Brüsseldə görüşəcək.
 
Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
 
Qeyd olunur ki, görüşdə NATO-nun Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək. Agentliyin məlumatına görə, görüşün əsas mövzusu Ukraynaya əlavə yardımın ayrılması olacaq.
 
Müzakirə dekabrın 19-20-də Brüsseldə keçiriləcək Aİ-nin bu il üçün sonuncu sammiti ərəfəsində baş tutacaq.
phrase_var_article.chosen
25
50
moderator.az

10phrase_var_article.sources