AZ

Makron Gürcüstandakı siyasi qüvvələrə müraciət edib

“Gürcüstanda bütün siyasi qüvvələr dialoqa gəlməlidir”.

Qaziler.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Facebook” sosial şəbəkəsində yaymlanan videomüraciətində bildirib.

“Mən inanmaq istəyirəm ki, ölkənin Avropa istəklərinə uyğun, bütün siyasi qüvvələr və vətəndaş cəmiyyəti təşkilatları arasında sivil dialoqa açıq yol var”, - Makron bildirib.

Fransa lideri qeyd edib ki, bu cür qarşılıqlı əlaqəyə görə bütün gürcülər məsuliyyət daşıyır.

Dekabrın 13-də Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da  səlahiyyət müddəti bitdikdən sonra Prezident Sarayını tərk etmək fikrində olmadığını bildirib.

QAZİLER.AZ

Seçilən
30
qaziler.az

1Mənbələr