UEFA Ermənistan Futbol Federasiyasını pankart və fişənglərə görə cərimələyib.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ermənistan Futbol Federasiyasını 37 500 avro cərimələyib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, UEFA Ermənistan Futbol Federasiyasını Farer adaları ilə oyunda fişəngdən istifadə edildiyinə görə 20 min avro məbləğində cərimələyib və qarşıdakı ev oyununda oyun üçün stadionda, cənub və cənub-şərq tribunalarında ümumilikdə 500 yerin bağlanmasını tələb edib.
Qərar bütün ev matçları üçün iki illik sınaq müddətinə qüvvədə qalacaq.
Ermənistan Futbol Federasiyasını həmçinin matç zamanı qaldırılan pankartlara görə də 17 500 avro cərimələnib.
"Cebheinfo.az"