AZ

SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir - MÜQAVİLƏ İMZALANDI

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İntesa Sanpaolo” bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.

FED.az SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.

Səfər çərçivəsində “Intesa Sanpaolo” bankının və onun törəmə şirkəti olan “Vseobecna Uverova” bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlar ilə görüşlər keçirilib.

Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.

Seçilən
26
10
fed.az

10Mənbələr