AZ

Rütte Rusiyanın NATO-ya qarşı açıq müharibə apardığını deyib - "Bild"

NATO-nun baş katibi Mark Rutte Rusiyanı Şimali Atlantika Alyansına qarşı “açıq müharibə” aparmaqda ittiham edib. Almaniyanın "Bild" qəzetinin yaydığı məlumata görə, bu barədə o, Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı bildirib.


“Rütte bəyan edib ki, Rusiya uzun müddətdir NATO ölkələrinə qarşı gizli deyil, açıq müharibə aparır”, - nəşr yazıb.


Rusiyaya qarşı müvafiq ittihamlarla çıxış edən NATO-nun baş katibi qeyd edib ki, Avropa beynəlxalq siyasi hadisələrin inkişafına yanaşmasını dəyişməli və “hərbi təfəkkür”ə keçməlidir.


Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Ukrayna ərazisindəki münaqişə Qərbin Rusiya Federasiyasına qarşı hibrid müharibəsidir.

Tural

Seçilən
34
48
news365.az

10Mənbələr