AZ

BTQ dənizaşırı ərazilərdə iqtisadi azadlığın necə boğulması haqqında hesabat hazırlayıb

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanan "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" hesabatı təqdim edilib.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın 14 dekabr dekolonizasiya gününə həsr edilmiş 2024-cü il üzrə hesabatının təqdimatında deyib.

O qeyd edib ki, 2024-cü ildə təqdim edilən hesabatda müstəmləkəçilər tərəfindən həmin ərazilərdə meşələrin qırılması, təbiətə dəyən ziyan və orada iqtisadi inkişafın ləngidilməsi əks olunub:

"Hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir".

Seçilən
27
3
far.az

3Mənbələr