AZ

Dünya bazarında pambığın kilosu neçəyədir? –

Dünya bazarında pambığın qiymətində qeyri-sabitlik müşahidə olunur.

Noyabr ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 2.3% azalaraq 1.8 dollar səviyyəsində qərarlaşıb.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin noyabr ayı üçün hazırladığı hesabatda deyilir.

Sənəd ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 dekabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Dünya üzrə pambıq balansına əsasən, 2024/25-ci məhsul ilində pambıq istehsalının 2023/24-cü məhsul ili ilə müqayisədə 4.1% artaraq 25.6 milyon ton olacağı proqnozlaşdırılır.

2024-cü ilin noyabr ayında dünya bazarında xam ipəyin qiyməti əvvəlki aya nisbətən 0.4% artaraq 68.0 min ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.

Azpost.info

Seçilən
31
azpost.info

1Mənbələr