AZ

Aİ ölkələrindən Suriya ilə bağlı mühüm qərar: Razılaşdılar

Avropa İttifaqının (Aİ) yüksək səviyyəli rəsmisi bəzi Aİ ölkələrinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliklərini yenidən açmağa hazırlaşdıqlarını bildirib.

Publika.az xəbər verir ki, Aİ-nin yüksək səviyyəli rəsmisi Anadolu Agentliyinə (AA) açıqlamasında İttifaqın Baas rejiminin süqutundan məmnunluğunu ifadə edib.

İttifaqın rəsmisi hadisələri yaxından izlədiyini diqqətə çatdırıb və bildirib ki, Aİ ümumilikdə Suriyanın ərazi bütövlüyünü qorumaq, əhatəli hökumət qurmaq və onun gələcəyi üçün azlıqları qorumaq prinsiplərinə sadiqdir:

"Bu, inanılmazdır, 15 gündə 14 il silinib. İdlibdəki müvəqqəti hökumətlə orada mövcud olan HTŞ arasındakı fərqi bilməliyik. Suriyada istənilən siyasi problemin həlli Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi çərçivəsində mümkündür. Bəzi Aİ-yə üzv ölkələr Dəməşqdəki səfirliklərini yenidən açmaq üçün planlar hazırlayırlar”.

Seçilən
20
1
publika.az

10Mənbələr