AZ

''Google'' Türkiyə üçün 2024-ün idman yekunlarını açıqladı

''Google Trends'' 2024-cü ildə ölkələr üzrə ən çox axtarışa verilən şəxslərin və olayların siyahısını açıqlayıb.

Türkiyə üçün il ərzində bu sistemdə axtarışa verilənlər məlum olub. İlk ''10-luq''da yer alanların 5-i idmanla bağlıdı. Siyahının birinci pilləsində ''AÇ-2024'', 3-cü pilləsində ''Türkiyənin oyunu'' yer alıb. 4-cü pillədə Viktor Osimhen, 5-ci pillədə Olimpiada, 9-cu pillədə Merih Dəmiral qərarlaşıb.

Türkiyədə bu il ən çox axtarışa verilən şəxslərin siyahısına gəlincə, ilk ''10-luq''da yer alanların 7-si futbolçudu. ''Qalatasaray''a gəlişi böyük hadisə hesab olunan Viktor Osimhen 1-ci, AÇ-2024-də ''bozqurd'' sevinci ilə gündəmə gələn, eləcə də ''Fənərbaxça''ya transferi gündəmdə olan Merih Dəmiral 2-ci, ''Fənər''dən ''Brayton''a yollanan Fərdi Kadıoğlu 3-cü, yayda ''Beşiktaş''a gələn portuqaliyalı ulduz Rafa Silva 5-ci, oyundan oyuna səviyyəsini artıran ''Yuventus''lu Kənan Yıldız 6-cı, ilin əvvəlində ''Qalatasaray''dan ''Bavariya''ya keçən Saşa Boe 9-cu və nəhayət, yayda ''Beşiktaş''dan ayrılaraq ''Fənərbaxça''ya keçən Cenk Tosun 10-cu pillədə qərarlaşıb.

Ən qəribəsi odu ki, Türkiyədə böyük populyarlığa malik olan və hər addımı diqqətlə təqib edilən ''Real''ın gənc ulduzu Arda Gülərin adı il ərzində ən çox axtarışa verilən şəxslərin siyahısında ''10-luğ''a düşməyib.

ƏLİ

Seçilən
30
football-plus.az

1Mənbələr