İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb. Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.
Qeyd edək ki, “Mango” geyim mağazaları şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən yaradılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta