AZ

"Suriyanın yeni hökuməti BMT-yə çağırış edib: İsraili cilovlayın!" - "Associated Press"

"İsrail 1974-cü il Suriyanın Colan təpələrində ayırıcı xətt barədə Sazişi pozaraq ölkə ərazisinə soxulub və hücumlarını davam edir..."
 
Suriyanın müvəqqəti hökuməti BMT Təhlükəsizlik Şurasını tədbirlər görülməsini, İsrailin Suriya ərazisinə hücumlarına son qoyması və ölkənin şimalından çıxmağa məcbur edilməsinə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Associated Press" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Bəşər Əsəd rejimi süquta yetirildikdən sonra İsrail Colan təpələrindəki bufer zonada fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusay əd-Dahak BMT Təhlükəsizlik Şurasına və şəxsən baş katib Antoniu Quterrişə məktub göndərib. 
 
Məktubda vurğulanır ki, İsrail 1974-cü ilin Suriyanın Colan təpələrində ayırıcı xətt barədə Sazişi pozaraq ölkə ərazisinə soxulub və hücumlarını davam edir.
 
"Suriya Ərəb Respublikası öz tarixinin yeni mərhələsinin yaşadığı, onun xalqının azadlıq, bərabərlik və qanunun aliliyi olan dövlətini yaratmağa can atdığı, habelə çiçəklənmə və sabitliyə olan ümidlərini gerçəkləşdirdiyi bir zaman İsrailin işğalçı ordusu Suriya ərazisində yeni ərazilərə-Hermon dağı və Kuneytr rayonuna daxil olub", - daimi nümayəndənin məktubunda deyilir.
 
Agentlik qeyd edir ki, bu, Suriyanın yeni hökumətinin BMT-yə ilk məktubudur. Nəşr xatırladıb ki, dekabrın 9-da İsrailin BMT-dəki səfiri Denni Danon iddia edib ki, İsrail "məhdud və müvəqqəti tədbirlər" çərçivəsində "silahlı qruplaşmalar tərəfindən ölkəyə olan təhlükənin qarşısının alınması üçün" ayırıcı zonada qoşun yerləşdirib.
 
Dekabrın 13-də Suriya müxalifəti ilə danışıqlar üzrə komitənin rəhbəri Məhəmməd Səbra Rusiyanın SİTA agentliyinə deyib ki, yeni Suriya BMT Təhlükəsizlik Şurasın və Ərəb Dövlətləri Liqasından təcili müdaxilə etməyi və İsrailə davam edən qanunsuz hücumlarına mane olmağı xahiş edib.
Seçilən
37
moderator.az

1Mənbələr