Metbuat.az-ın report-a istinadən məlumatına görə, təbiət hadisəsi nəticəsində rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.Eyni zamanda şəhərdə və rayon ərazisində yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub. Külək ağacları və elektrik dirəklərini aşırıb.
Hazırda aidiyyəti orqanlar problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.