AZ

“Moody's” Fransanın reytinqini aşağı saldı

Fransada yeni baş nazirin seçilməsinin ardınca “Moody's” reytinq agentliyi Fransanın reytinqini endirib.

Teleqraf.com xəbər verir ki, agentlik Fransadakı “siyasi parçalanmanın maliyyə sistemini tezliklə bərpa etməyə imkan verməyəcəyi” qənaətindədir. Buna görə də, ölkənin kredit reytinqi AA2-dən AA3-ə endirilib.

Agentliyin rəqibləri olan S&P və “Fitch” isə daha sərt qiymətləndirmə aparıb. Onlar Fransanın reytinqini AA- olmaqla neqativ perspektivli qiymətləndiriblər. Hər 2 agentlik Prezident Emmanuel Makron parlamenti buraxdıqdan sonra ölkədəki siyasi qeyri-müəyyənlikdən narahatlıqlarını dilə gətirib.


Müəllif: Teleqraf.com
Seçilən
35
6
teleqraf.com

7Mənbələr