Tribunalın diliylə desək, matç bitəndən sonra Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin klubun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Maraqlıdı ki, İK-nın cəzaları bununla bitməyib. Bəs klub niyə digər sanksiyalarla bağlı müraciət etməyib? Haqsız olduqlarını düşünürlər, yoxsa özlərini təmizə çıxarmaq üçün lazım olan sübutlara malik deyillər?
Bu suallarla "Karvan"ın mətbuat xidmətinin Bəhruz Musayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bilindiyi kimi, baş məşqçimiz Kənan Kərimov mətbuata açıqlaması, məşqçimiz Zaur Hacıyev Kaxaber Sxadadze ilə mübahisə etməsi üzündən cəzalandırılıb. Müşfiq və Bəhruz Teymurovların isə hakimləri təhqir etdiyi iddia olunur. Biz yenə deyirik ki, bütün məsələlərdə haqlıyıq. Sadəcə, əlimizdə videogörüntülər yoxdu. Qərarlar isə AFFA nümayəndəsinin qeydlərinə əsaslanır. Təəssüf ki, hazırda günahsız olduğumuzu sübut edə bilmirik".
KƏNAN BAHADIR