AZ

Kerkç boğazında fırtına səbəbindən tankerlər zədələnib, neft sızması baş verib

Bakı, 15 dekabr, AZƏRTAC

Kerç boğazında fırtına səbəbindən iki neft tankeri zədələnib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, yük gəmilərindən biri quruya çıxıb. Gəminin batması nəticəsində neft sızması baş verib.

Məlumata görə, yüklə dolu olan "Volqoneft-212" və “Volqoneft-239” tankerləri sıradan çıxıb. Hadisə sahildən 8 kilometr aralıda baş verib.

“Rosmorrechflot” xəbər verir ki, hadisə nəticəsində neft sızması baş verib.

Xilasedicilər sahilə çıxan tankerdən 13 dənizçinin hamısını təxliyə ediblər, onlardan 1-i ölüb.

Seçilən
47
5
azertag.az

6Mənbələr