“Vulverhempton” rəsmi saytında baş məşqçi Qari O’Nilin istefaya göndərildiyini açıqlayıb.
“Biz Qariyə klubda olduğu müddətdə göstərdiyi bütün səy, fədakarlıq və zəhmətə görə çox minnətdarıq və ona gələcək üçün uğurlar arzulayırıq”, – bəyanatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, “Vulverhempton” İngiltərə Premyer Liqasının 16-cı turunun “İpsviç”lə dünən, dekabrın 14-də baş tutan oyununda (1:2) məğlubiyyətdən sonra komandanın baş məşqçisi Qari O’Nili istefaya göndərmək qərarına gəlib.