AZ

Premyer Liqa klubu baş məşqçi ilə yollarını ayırdı

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Vulverhempton" Qari Onillə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ingilis mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qari Onil 2023-cü ilin avqust ayında "Vulverhempton"un baş məşqçisi təyin olunmuşdu. "Canavarlar" Premyer Liqada 16 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
40
1
sportal.az

2phrase_var_article.sources