AZ

Rusiyalı politoloqa Ermənistana giriş qadağan edilib

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

APA xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloq xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə verilmir.

Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib.

phrase_var_article.chosen
45
9
apa.az

10phrase_var_article.sources