AZ

Əsədin milyardları - Araşdırma başladı

Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra Əsəd ailəsinin qaçırdığı pulların axtarışına başlanılıb. 

Milli.Az xəbər verir ki, Suriyada hakimiyyət sürən 50 illik Əsəd sülaləsinin süqutundan sonra ailənin qaçırdığı milyardlarla dollarlıq nağd pul və əmlak üçün dünya üzrə geniş axtarış başladılıb.

İraqın devrilmiş lideri Səddam Hüseyn və Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin xaricdə gizlətdiyi sərvətləri geri qaytarmaq üçün illərdir davam edən səylərdən sonra indi də Əsədin itkin milyardlarının izi ilə gedilir.

Wall Street Journal qəzetində yayımlanan xəbərə görə, 1970-ci ildə Suriyada hakimiyyəti ələ keçirən Əsəd ailəsi genişmiqyaslı investisiya və ticarət maraqları şəbəkəsi qurub. Əsəd ailəsinin sərvətini araşdıran qurumlar, Bəşər Əsədin qohumlarının Rusiyada birinci sinif daşınmaz əmlaklar, Vyanada butik otellər və Dubayda özəl təyyarə aldıqlarını müəyyən edib. İnsan haqları üzrə hüquqşünaslar, Suriya xalqı üçün geri qaytarmağı ümid etdikləri daha çox əmlakın izinə düşməyi planlaşdırdıqlarını bildiriblər.

Lalə Qüdrətova
Milli.Az 

Seçilən
21
20
milli.az

10Mənbələr