AZ

Suriyanın daha iki kritik bölgəsi bombalanıb

Suriyanın

İsrailin döyüş təyyarələri Suriyanın Latakiya və Tartus əyalətlərində bir çox hərbi məntəqələrə hava zərbələri endirib.

Reyting.az
xəbər verir ki, İsrail qırıcıları ölkənin qərbindəki Latakiya və Tartus əyalətlərindəki bir çox hərbi məntəqəni hava hücumları ilə hədəfə alıb.

Latakiya və Tartusdakı hərbi qərargahlara və sursat anbarlarına, 32-ci Hava Hücumundan Müdafiə Alayına, 107-ci Hərbi Qərargaha, Xraysun, Harab, Miserhin və Ballutiyye kəndlərinə hücumlar təşkil edilib. Tartusun Hıreysun kəndinə hücum zamanı güclü partlayışlar baş verib.

Qeyd edək ki, Əsəd rejiminin süqutundan sonra İsrail hərbi obyektləri məhv etmək üçün Suriyaya qarşı yüzlərlə hava hücumu həyata keçirib.

ELÇİN
Seçilən
28
50
reyting.az

10Mənbələr