AZ

Mayotte arxipelaqında siklon minə qədər insanın həyatına son qoyub

Dekabrın 14-nə keçən gecə Hind okeanında Mayotte arxipelaqını vuran "Şido" siklonu nəticəsində bir neçə yüz, bəlkə də minlərlə insan həlak olub.

Herbiand.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bunu Fransanın yerli administrasiyasının rəhbəri Fransua-Ksavye Bevil bildirib.

"Bir neçə min olmasa da, minə yaxın ola bilərik".

Fransa Daxili İşlər Nazirliyi bildirib ki, “bütün qurbanları qeydə almaq çətin olacaq”.

Nazirliyin qeyd etdiyi kimi, Mayotte “ölülərin 24 saat ərzində dəfn olunduğu müsəlman diyarıdır”.

Çido siklonu dekabrın 14-nə keçən gecə sürəti saatda  200 kilometrdən çox külək Mayottedə yaşayış binalarına, inzibati binalara və xəstəxanaya ziyan vurub.

Sinoptiklər bunun son 90 ilin ən güclü qasırğası olduğunu bildiriblər.

phrase_var_article.chosen
28
herbiand.az

1phrase_var_article.sources