NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,4% azalaraq 1 barelə görə 74,19 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 1,16% azalaraq 1 barelə görə 70,46 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.83% artaraq 76,54 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,55% azalaraq 3,229 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il dekabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il dekabrın 16-də Avro 1,7878 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il dekabrın 16-da Türkiyə lirəsi 0,0486 manat təşkil edib.
RUBL
2024-cü il dekabrın 16-da Rusiyanın 100 rublu 1,6505 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,29% azalaraq 2 668,1 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,2% azalaraq 30,97 ABŞ dollarına bərabər olub.