RU

"Brent" neftinin, təbii qazın qiyməti azalıb, avro, rubl bahalaşıb, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,4% azalaraq 1 barelə görə 74,19 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 1,16% azalaraq 1 barelə görə 70,46 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.83% artaraq 76,54 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,55% azalaraq 3,229 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il dekabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il dekabrın 16-də Avro 1,7878 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il dekabrın 16-da Türkiyə lirəsi 0,0486 manat təşkil edib.

RUBL

2024-cü il dekabrın 16-da Rusiyanın 100 rublu 1,6505 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,29% azalaraq 2 668,1 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,2% azalaraq 30,97 ABŞ dollarına bərabər olub.

Избранный
10
16
fins.az

10Источники