ABŞ istehsalı "The Simpsonlar" cizgi serialı kəhanətləri ilə yenidən diqqət çəkib.
Ekran işinin bəzi bölümlərində "COVID-19", "Trampın 2024-cü ildə ABŞ prezidenti seçilməsi” və “Bitcoin proqnozları” kimi real həyat mövzularını əhatə edib.
Sözügedən kəhanətlər 2017-ci ilə yayımlanan bölümlərdə öz əksini tapıb. Ekran işinin 2025-ci il və sonrakı illər üçün iqtisadi proqnozları da olduqca diqqətəlayiqdir. 2017-ci ildə yayımlanan daha bir bölümdə "Bitcoin"in 2024-cü ildə sıçrayacağını bilən "Simpsonlar" indi sosial mediada 2026-cı ildə “iqtisadi inqilab” olacağını proqnozlaşdırırlar.
Serialın proqnozuna görə, 2026-cı ildə dünya miqyasında iqtisadi böhran yaşanacaq və ABŞ dolları demək olar ki, bütün dəyərini itirəcək. "Bitcoin" kimi rəqəmsal valyutalar dolları əvəz edəcək.
Mənbə: unikal.az