AZ

Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən isə 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılıb.

AZƏRTAC

phrase_var_article.chosen
18
19
vergiler.az

10phrase_var_article.sources