AZ

Erməni ekspert: "İrəvan İrana qarşı Qərbin müttəfiqinə çevrilir"

"Bütün problemlərin güc yolu ilə həll olunduğu bir regionda “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi qeyri-mümkündür". 

“Cebheinfo.az”-ın məlumatına görə, erməni hərbi ekspert Hayk Nahapetyan belə deyib. 

“Bölgəmizdə təhlükəsizlik təhdidləri yalnız artmaqdadır. Hərbi əməliyyat təhlükəsi artıq İranın qapısını döyür və növbəti sırada Ermənistandır. Təsir zonalarının bölüşdürülməsinin hərbi əməliyyatlarla həyata keçirildiyi regionda “Sülh kəsişməsi” mümkün deyil”,- ekspert yerli telekanallardan birinə açıqlamasında belə deyib.

O, Suriyadakı vəziyyətə diqqət yetirməyə çağırıb. Nahapetyan qeyd edib ki, Suriya bir dövlət olaraq faktiki olaraq mövcudluğunu dayandırıb, İsrail Baş nazirinin dediyi kimi, bu ölkənin təsir zonasının bir hissəsidir: 

“Müəyyən ərazilər işğal olunub, hava hücumundan müdafiə sistemləri məhv edilib. Bu arada hərbi əməliyyatlar artıq İraq ərazisinə də yayılıb. Əslində, aşağıdakılar baş verir: 

ABŞ-nin himayəsi ilə Türkiyə və İsrail uzun illər İranın təhlükəsizlik zonası sayılan əraziləri - Livan, Suriya, İran və tezliklə Omanı məhv etməyə çalışır. Bölgə müharibə dövrünə qədəm qoyub. Türk dünyası və İsrail İrana qarşı birbaşa hərbi əməliyyata hazırlaşır. Bu ssenari nəinki realdır, o, artıq həyata keçirilmək mərhələsindədir”, - deyə ekspert əlavə edib. 

Onun sözlərtinə görə, İran öz ərazisində hərbi toqquşmanın baş verməməsi üçün hər şeyi edir. 

Nahapetyan bildirib ki, indiki hakimiyyət Ermənistanı ABŞ və NATO-ya verib. İrana qarşı hərbi əməliyyatlar zamanı Ermənistan Qərbin müttəfiqinə çevriləcək.

Seçilən
39
50
cebheinfo.az

10Mənbələr