AZ

Kaya Kallas: Brüssel Suriyanın yeni hakimiyyəti ilə təmaslara başlayıb

Bakı, 16 dekabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik təmaslara başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.

“Mən Aİ səfirlərinə Dəməşqə getməyi və Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə qurmağı tapşırdım”, - Kaya Kallas belə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsselin Suriya ilə “necə və hansı səviyyədə” əlaqə quracağını və “düzgün istiqamətdə hərəkət edəcəyi” təqdirdə Dəməşqə nə təklif olunacağını müzakirə edəcəklər.

Xatırladaq ki, Suriyanın xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da 2025-ci il martın 1-dək davam edəcək keçid kabinetinin rəhbəri təyin olunub.

 

phrase_var_article.chosen
16
azertag.az

1phrase_var_article.sources