AZ

Suriyada kütləvi məzarlıq aşkarlanıb – 75 min insanın burada basdırıldığı təxmin edilir + FOTOLAR

Suriyada Dəməşq yaxınlığında kütləvi məzarlıq tapılıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Dəməşq hava limanının arxasındakı Hüseyniyyə bölgəsində yerləşən məzarlıqdan 75 min insanın basdırıldığı iddia edilir.

İlkin ehtimallara görə, Bəşər Əsədin “ölüm düşərgəsi” kimi bilinən - Sednaya həbsxanasında dözülməz və ağır işgəncələr səbəbindən ölən məhbusların cəsədləri bu ərazidə basdırılıb.

Məlumata görə, Əsəd dönəmindən bu ərazidə gündəlik 400 məhbus basdırılıb.

Qeyd edək ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar başlayıb. Qruplar 30 noyabr-7 dekabr tarixləri arasında Hələb, İdlib, Həma və Homs kimi şəhərləri ələ keçiriblər. Dekabrın 7-də paytaxt Dəməşqin tutulması ilə birlikdə Baas Partiyasının 61 illik hakimiyyəti sona çatıb və rejim lideri Bəşər Əsəd paytaxtdan qaçıb.

“AzPolitika.info”

phrase_var_article.chosen
42
1
azpolitika.info

2phrase_var_article.sources