AZ

Ətriyyat-kosmetika satıcıları ilə bu sahədəki çatışmazlıqlar müzakirə edilib - FOTOLAR

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli yollarını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla görüşdə istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə ətraflı müzakirələr aparılıb.

Bildirilib ki, görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində göstərilməli olan məlumatlar barədə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, istehlakçıların qarşılaşdığı problemlər müzakirə olunub:

Dövlət Xidmətində istehlak bazarında satılan ətriyyat-kosmetika vasitələri ilə bağlı müşahidə olunan pozuntuların dövlət-özəl tərəfdaşlığı çərçivəsində müzakirəsi və onların aradan qaldırılması məqsədilə ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarların iştirakı ilə maarifləndirici görüş keçirilib.

Məlumata görə, görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların üzərində yararlılıq müddətinin göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, həmçinin ətriyyat-kosmetika mallarının satışı xüsusiyyətlərinə dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Eyni zamanda sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

phrase_var_article.chosen
15
7
sia.az

8phrase_var_article.sources