AZ

İ.Əliyevin Vatikan nümayəndəsi ilə görüşü

Bazar ertəsi dövlət başçısı İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. 

Görüşdə Vatikan və Azərbaycan arasında əməkdaşlıq məsələləri, mədəniyyət və elm sahəsində bir sıra proqramların həyata keçirilməsi müzakirə olunub.

Riçard Qallagerin XİN başçısı Ceyhun Bayramovla görüşündə də bənzər məsələlər diqqət mərkəzində olub.

Xatırladaq ki, dünən arxiyepiskop Qallager Bakıda yeni katolik kilsəsinin təməlqoyma mərasimində iştirak edib.

Seçilən
26
turan.az

1Mənbələr