AZ

Bəşər Əsədlə bağlı şok iddia: Rusiyaya təxminən 250 milyon dollar qaçırıb

Suriyadakı Baas rejiminin devrilmiş lideri Bəşər Əsədin 2018 və 2019-cu illərdə Rusiyaya qaçaqmalçılıq yolu ilə təxminən 250 milyon dollar nağd pul keçirdiyi bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məqalə dərc edib.

Məqalədə Əsədin 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər 21 fərqli uçuşla Rusiya banklarına yatırmaq məsədi ilə Moskvaya valyuta göndərdiyi bildirilib. 

Uçuşlar zamanı Moskvanın Vnukovo hava limanına təxminən 2 ton ağırlığında 250 milyon dollar dəyərində əskinasların göndərildiyi bildirilib.
Xəbərdə Əsədin qohumlarının iki illik müddət ərzində gizli şəkildə Rusiyada ən azı 20 dəbdəbəli mənzil də daxil olmaqla daşınmaz əmlak aldıqları diqqətə çatdırılıb.

Import Genius-da Rusiya ticarət qeydlərinin də araşdırıldığı xəbərdə, 13 may 2019-cu ildə rejimin mərkəzi bankından göndərilən 100 dollarlıq əskinasları daşıyan təyyarənin Vnukovoya eniş etdiyi bildirilib.
 
Cəmalə
Seçilən
28
2
azxeber.com

4Mənbələr