AZ

Baş nazirdən pensiya ilə bağlı açıqlama

Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir.

Aktual.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, 2025-ci ildə minimum əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək:

"Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 mlrd. manat olmaqla 4 milyon vətəndaşı əhatə edib. Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulmuşdur.

İqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi əmək bazarındakı vəziyyətdən və insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır”.

phrase_var_article.chosen
52
24
ulusum.az

10phrase_var_article.sources