AZ

Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində:

  • maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
  • mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı;
  • Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili;
  • “ASAN Radio”da “Smart Media” layihəsinin icrası;
  • media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi;
  • Bakı şəhəri üzrə orta təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi;
  • ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi;
  • ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.

Gəlin doğru məlumatı fərqləndirməyə və media savadlı cəmiyyət qurmağa dəstək olaq, çünki MƏLUMATIN DOĞRULUĞU HAMIMIZIN MƏSULİYYƏTİDİR!

 

1/1
Seçilən
68
21
media.gov.az

10Mənbələr