AZ

Şokolad trendi müəllimin reputasiyasına zərər verir: Onların əl açması başqa mənalara yozuldu

Yeni trenddən geri qalmayan azərbaycanlı meyxanaçılar görüntüləri ilə gündəm olublar.
BAKU.WS ə xəbər verir ki, Pərviz Bülbülə, Vüqar Əbdülov, Bala Əli Rzayev və Ruslan Müşfiqabadlı son zamanların məşhur trendinə qoşulublar.
Onlar bir arada olduqları məclisdə Vüqar Əbdülova çoxlu şokolad veriblər.
Meyxanaçıların bu videosu sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə müəllimə şokolad vermək trendi ilə bağlı çoxsaylı videolar yayılıb.
İstər orta məktəblərdə, istərsə də, universitetlərdə təhsil alanlar müəllimdən əvvəlcə əllərini açmasını xahiş edir. Müəllim əlini açdıqda isə şagird və tələbələr şokolad gətirib verirlər.
Bu trend artıq son günlərdə kütləvi şəkildə tətbiq edilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bunu etməklə, müəllimlərin cəmiyyətdə qınağa tuş gəlmələrinə səbəb oldular: 

“Onsuz da müəllimlərin haqqında danışan, onları müzakirəyə çıxaran, tənqid edən çox insan var. Cəmiyyətdə bütün hallarda müəllim günahkar kimi qələmə verilir. Bu da o vəziyyətə duz bibər olmuş kimi verildi. Əslində müəllimlərin zəhmətinin heç bir şeylə əvəzi yoxdur. Hansı formada onların əziyyətini, dəyərini qaytarmaq istəsək də, bu, mümkün deyil. Çünki bizim üzərimizdə əvəzsiz zəhmətləri var. Heç bir şey ilə zəhmətin dəyərini geri qaytarmaq mümkün deyil. Əgər uşaqlar belə bir trend başladıblarsa, və öz sevgilərini, müəllimə göstərirlərsə burada pis bir məqam yoxdur. Sadəcə bunu çəkib paylaşmaq, trend halına gətirmək bir az qıcıq doğurur. Çünki müəllimin əl açması başqa formalara və başqa mənalara yozuldu. Düşünürəmki, hörmətlərini göstərmək istəyirlərsə, etsinlər. Amma bunu kütləviləşdirib paylaşmaqla müəllimin reputasiyasına zərər verirlər. Ümumiyyətlə  bu, tələbələrin sevgisinin göstəricisidir. Burada pis məna və pis bir fikir yoxdur”.
phrase_var_article.chosen
37
sherg.az

1phrase_var_article.sources