AZ

Azərbaycanda 11 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlərin 5,9 %-i qadın sahibkarların payına düşüb.

FED.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 420 qadın sahibkarın layihələrinə 12,5 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, 11 ay ərzində Fondun xətti ilə 151 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 6,2 milyon manat güzəştli kredit ayrılıb.

Hesabat dövründə Fond ümumilikdə 5 144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verib.

phrase_var_article.chosen
32
3
fed.az

4phrase_var_article.sources