AZ

Əsgərliklə bağlı yeni qərarlar nə vaxtdan qüvvəyə minəcək?

Azərbaycanda  "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. Artıq dəyişikliklərlə bağlı bir çox məqamlar KİV-də işıqlandırılıb. Ciddi dəyişikliklərin edilməsi gözlənilir.

Bəs sözügedən dəyişikliklər nə vaxtdan qüvvəyə minəcək?

Sözü gedən "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər hələ ilkin mərhələdədir. Qanuna dəyişikliklər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunub.

Bugün isə Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.

Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.

Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Qeyd edək daha iki oxunuş da olmalıdır. 

Yekun dəyişikliklər Milli Məclisdən qəbul olunduqdan sonra qanun Prezident tərəfindən imzalanır və qüvvəyə minir. 

Milli Məclisdəki müzakirələrin və ümumilikdə yekun qanunun qüvvəyə minməsənin 1-3 ay ərzində təxmin etmək olar.

 
 

Seçilən
22
34
7news.az

10Mənbələr